Rusiyanın baş naziri Ermənistana səfər edəcək
Dünya
1783
23 Aug 2023 | 16:27

Rusiyanın baş naziri Ermənistana səfər edəcək

Avqustun 24-25-də Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Ermənistana səfər edəcək.

Görüşün İrəvandan 50 kilometr aralıda yerləşən Tsaxkadzor dağ kurortunda keçiriləcəyi qeyd edilir.

“Hökumət başçıları Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində orta və uzunmüddətli perspektivdə inteqrasiya proseslərinin gələcək inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar”, - məlumatda deyilir.

Tədbir Rusiyanın Aİİ-də sədrliyinin himayəsi altında keçiriləcək.

Qeyd edək ki, birliyin əvvəlki iclası iyun ayında Soçidə keçirilib.

Mənbə: Gazeta.ru

Link kopyalandı!
Son xəbərlər