Serbiya Prezidenti:
2641
21 Aug 2023 | 21:03

Serbiya Prezidenti: "Biz Ukraynanın ərazi bütövlüyünə hörmət edirik"

"Serbiya odla su arasında qala bilər, çünki Belqrad Avropa İttifaqına inteqrasiya yolunu tutub, amma Rusiya ilə əlaqələrindən imtina etmək niyyətində deyil..."
 
"ABŞ-dan çəkinməyən iki lider varsa, biri Vuçiç, digəri Orbandır..."
 
Afinada Ukrayna prezidenti Vladimir Zelenski və Serbiya lideri Aleksandr Vuçiç arasında danışıqlar keçirlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb
 
Vuçiçin sözlərinə görə, bu, "həm Serbiya və Ukrayna, həm də region və bütün dünya üçün yaxşı və açıq söhbət olub".
 
"Biz Ukrayna, Kosovo və Metoxiyada baş verən hadisələrə toxunduq. Mən bir daha qeyd etdim ki, Serbiya Ukraynanın ərazi bütövlüyünə hörmət edir, bu barədə biz münaqişə başlanandan aydın və birmənalı olaraq bəyan edirik", - Vuçiç deyib.
 
Ukrayna lideri də görüşü "açıq və dürüst söhbət" adlandırıb.
 
"BMT Nizamnaməsinə hörmət və sərhədlərin toxunulmazlığı, xalqlarımızın ümumi Avropa evində gələcəyi, ümumi maraqlarımız olan münasibətlərin inkişafı barədə yaxşı söhbətimiz olub", - Zelenski danışıqları belə şərh edib.
 
Serbiya Ukraynaya hücum edən ölkə ilə dostluq münasibələrinə sadiqdir. Rusiyanın tammiqyaslı hərbi müdaxiləsindən sonra bu ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən Avropanın yeganə ölkəsi olub və Rusiya nefti və qazından asılılığını vurğulayıb. 
 
2022-ci ilin may ayında Vuçiç Kremlin Ukraynada "dünya savaşı" barədə narrativini təkrarlayıb. "Bütün Qərb dünyası ukraynalılar vasitəsilə Rusiyaya qarşı döyüşür, bu, dünya münaqişəsidir", - o, deyib.
 
Sonradan o, xəbərdarlıq edib ki, Serbiya "odla su arasında" qala bilər, çünki Belqrad Avropa İttifaqına inteqrasiya yolunu tutub, amma Rusiya ilə əlaqələrindən imtina etmək niyyətində deyil.
 
Bu gün Rusiya KİV-ləri belə başlıqlarla zəngin olub: "Serbiya Kiyevin tərəfini tutub?" Kremlyönlü jurnalistlər Vuçiçin nə qədər müddətdə "bir əldə iki qarpız tuta biləcəyi" barədə sual edib. 
 
Təbliğatçı "Qazeta.ru" xatırladıb ki, cəmi üç gün öncə Federasiya Şurasında "ABŞ-dan çəkinməyən" Avropanın iki liderinin adları çəkilib, bunlardan biri Alekdandr Vuçiç, digəri Macarıstanın baş naziri Viktor Orban olub.
Link kopyalandı!
Son xəbərlər