Çin təyyarələri Tayvanın hava hücumundan müdafiə sisteminə daxil olub
1661
20 Aug 2023 | 11:51

Çin təyyarələri Tayvanın hava hücumundan müdafiə sisteminə daxil olub

Çin təyyarələri Tayvanın hava hücumundan müdafiə sisteminə daxil olub.

Bu barədə Tayvanın Müdafiə Nazirliyi “X”də (keçmiş “Twitter”) məlumat yayıb.

Məlumata görə, son sutka ərzində Tayvan boğazı zonasında Çin Xalq Azadlıq Ordusunun 45 təyyarəsi və 9 gəmisi qeydə alınıb. Onlardan 27-si Tayvan boğazının median xəttini keçərək Tayvanın cənub-qərb hava hücumundan müdafiə sisteminə daxil olub.

Silahlı qüvvələrə vəziyyəti izləmək və tələb olunarsa, bu hərəkətlərə cavab vermək tapşırığı verilib.

Qeyd edək ki, bunlar SU-30 qırıcıları, Y-9 nəqliyyat təyyarəsi, Z-9 helikopteri, J-10 və J-11 qırıcıları olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər