Mirziyoyev və Orban strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
1879
20 Aug 2023 | 11:20

Mirziyoyev və Orban strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə danışıqlar zamanı iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov özünün teleqram kanalında bildirib.

"Bu gün (şənbə günü - red.) Budapeşt şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb. Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, Özbəkistan-Macarıstan çoxşaxəli əməkdaşlığının genişləndirilməsi məsələləri, o cümlədən biznes, mədəni və humanitar əlaqələr müzakirə olunub”, - Saidov yazıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər