Bizi sosial şəbəkələrdən izləyin:
“İnter Mayami”nin hücumçusu Lionel Messi ailəsi və klubun sahibi Devid Bekhemlə restoranda nahar edib.
Məlumata görə, restoranın mühafizəsi müəssisəyə gələn və məşhurların fotosunu çəkmək istəyən şəxsi döyüb.
Zərərçəkənin özü bildirib ki, mühafizəçilər onun niyyətindən şübhələndikləri üçün aqressiya nümayiş etdiriblər.
Həmin şəxsin sözlərinə görə, əvvəlcə onu itələyib, sonra döyüblər. Bu zaman Messi və ailəsi restoranın arxa qapısından çıxarılıb.