Rusiya Ukraynaya kapitulyasiya təklif edib
Dünya
2240
11 Aug 2023 | 11:12

Rusiya Ukraynaya kapitulyasiya təklif edib

“Ukraynanın sülhə apara bilən kapitulyasiyaya ehtiyacı var. Amma nə Vaşinqton, nə də Kiyev bunu istəyir”.

Bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev teleqramda yazıb.

Onun sözlərinə görə, Kiyevin əks-hücumu nəticəsində minlərlə insan qırğına göndərilir.

Qeyd edək ki, rəsmi Kiyevin mövqeyinə görə, müharibə yalnız Ukraynanın ərazi bütövlüyü bərpa olunandan sonra başa çata bilər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı savaş ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatlarına start verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər