Keçmiş ABŞ admiralı Afrikada genişmiqyaslı müharibə barədə xəbərdarlıq etdi
Dünya
1526
07 Aug 2023 | 10:57

Keçmiş ABŞ admiralı Afrikada genişmiqyaslı müharibə barədə xəbərdarlıq etdi

NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis Nigerdəki vəziyyətin Afrika qitəsində genişmiqyaslı müharibəyə çevrilə biləcəyini deyib.

O, bu barədə “X” (keçmiş “Twitter”) hesabında məlumat verib.

“Nigerdəki bu vəziyyət Afrikada genişmiqyaslı müharibəyə səbəb olacaqmı? Sözsüz ki, bunun üçün potensial var. Bu, əhəmiyyətli dərəcədə dağıdıcı hadisə ola bilər”, - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, iyulun 27-nə keçən gecə üsyançılar milli televiziyanın efirində ölkədə hakimiyyətin ələ keçirildiyini və hazırkı dövlət başçısının vəzifəsindən uzaqlaşdırıldığını elan ediblər. Onlar sərhədləri bağlayıb və Niger konstitusiyasının etibarsız olduğunu bildiriblər.

 

Avqustun 1-də məlum olub ki, Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyindən müvafiq müraciət daxil olarsa, Avropa İttifaqı Nigerə qarşı hərbi əməliyyatın dəstəklənməsi məsələsini nəzərdən keçirməyə hazırdır.

Mənbə: Lenta.ru

Link kopyalandı!
Son xəbərlər