Bizi sosial şəbəkələrdən izləyin:
Fransanın paytaxtı Parisdə bu gün start götürməli olan üzgüçülük üzrə Dünya Kuboku ləğv edilib.
Moderator.az Beynəlxalq Üzgüçülük Federasiyasının (World Aquatics) rəsmi saytına istinadən xəbər verir ki, buna Sena çayının həddindən artıq çirklənməsi səbəb olub.
"Parisdə yağan yağışdan sonra Senada suyun keyfiyyəti məqbul standartlardan aşağı olaraq qalır. Səhiyyə orqanları və tədbirin təşkilatçıları ilə məsləhətləşmələrdən sonra bu həftəsonu açıq suda üzgüçülük üzrə Dünya Kubokunun ləğv edilməsi qərara alınıb", - qurumdan bildirilib.
Qeyd edək ki, Dünya Kuboku Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı.