İmran Xana hökm oxundu - YENİLƏNİB
2056
05 Aug 2023 | 16:57

İmran Xana hökm oxundu - YENİLƏNİB

Polis Lahorda həbs edilən Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının sədri İmran Xanı helikopterlə İslamabada aparacaq.
 
Məlumata görə, Xanın vəkilləri onun həbsinin qanuniliyinə etiraz etmək üçün artıq Lahor Ali Məhkəməsinə müraciət ediblər.
 
Qeyd edək ki, partiya sədrinə qarşı dələduzluq və əcnəbi liderlərdən qeyri-qanuni hədiyyə satışı əməliyyatları ilə bağlı ittihamlar ötən il istintaq orqanlarının tələbi ilə irəli sürülüb.
 
12:51
 
Pakistanın keçmiş Baş Naziri və Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
 
Sabiq hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmənin qərarı ilə o 1209 dollar məbləğində cərimə ödəməlidir.
 
Qəzetin məlumatına görə, məhkəmə zalına yalnız vəkillər buraxılıb. İclas zamanı məhkəmə binası qarşısında əlavə polis qüvvələri növbətçilik edib.
 
Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. 2022-ci ilin aprelində ona etimadsızlıq göstərilib və oktyabr ayında seçkidən kənarlaşdırılıb. Ardınca da beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.
 
Link kopyalandı!
Son xəbərlər