Ermənistanın səhiyyə naziri Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindiriləcək
1571
02 Aug 2023 | 09:50

Ermənistanın səhiyyə naziri Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindiriləcək

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindiriləcək.

Bunu ölkənin “Joqovurd” nəşri yazıb.

Nazir “COVID-19 işi” üzrə aparılan istintaq çərçivəsində sorğu-sual ediləcək: “Sabiq səhiyyə naziri Arsen Torosyanın dindirilməsindən sonra istintaq dalana dirənib. Ola bilsin ki, bütün həkimlər məsuliyyətə cəlb olunsun, "böyük balıqlar" isə məsuliyyətdən yayınsınlar”.

Xatırladaq ki, sensasiyalı “COVID-19 işi” ilə əlaqədar İrəvanın vitse-meri, Ermənistan səhiyyə nazirinin keçmiş müavini Gevorq Simonyan, “Medline” klinikasının rəhbəri Babken Şaumyan və bu klinikanın direktor müavini Liliya Hovakimyan 2 ay müddətinə həbs edilib.

G.Simonyan 2020-2022-ci illərdə koronovirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması ilə bağlı rəsmi öhdəliklərini yerinə yetirməməkdə ittiham olunur. O, daha sonra azadlığa buraxılıb.

Link kopyalandı!
Son xəbərlər