06:42
10°C
Bakı
Nigerin paytaxtı Niameydəki Fransa səfirliyi qarşısında böyük nümayiş keçirilib.
Məlumata görə, minlərlə insan səfirliyin qarşısına müxtəlif şüarlar, o cümlədən “Rədd olsun Fransa!” şüarını səsləndiriblər. Etirazçılar Paris əleyhinə çoxsayda plakatlar qaldırıblar.
Bildirilir ki, yerli əhali diplomatik nümayəndəliyin qapısındakı “Fransa səfirliyi” lövhəsini qoparıb və onun ərazisinə daxil olmağa cəhd ediblər.
Etirazçılar həmçinin iyulun 26-da dövlət çevrilişi ilə Nigerdə hakimiyyəti ələ keçirən hərbçilərə dəstək verdiklərini bəyan ediblər.
Mənbə: TASS