Nigerdə Fransaya qarşı nümayiş keçirilib
1656
27 Jul 2023 | 21:34

Nigerdə Fransaya qarşı nümayiş keçirilib

Nigerin paytaxtı Niamey şəhərində yüzlərlə insan parlament binası qarşısına toplaşaraq üsyançıları dəstəkləyib və Fransanın təsirinə qarşı çıxış edib.

Bu barədə “TV5 Monde” telekanalı məlumat yayıb.

“Rədd ol, Fransa! Fransa, bizi rahat burax!”, - aksiya iştirakçılarından biri deyib. Onun müraciətlərinin əks olunduğu videonu “TV5 Monde”nin müxbiri tviterdə paylaşıb.

Telekanal əməkdaşı təsdiq edir ki, parlament binası qarşısında toplaşanlar Fransa qoşunlarının Nigerdən çıxarılmasını tələb edirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər