Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü partlatdıqlarını etiraf edib
1513
26 Jul 2023 | 18:20

Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü partlatdıqlarını etiraf edib

"Ukrayna Təhlükəsizlik Xidməti (UTX) 2022-ci ilin oktyabrın əvvəlində Krım körpüsünə hücumu təşkil edib".

Bu barədə məlumatı UTX-nin rəhbəri Vasili Malyuk bildirib. Həmin hücum nəticəsində körpü ciddi şəkildə zərər görmüşdü.

Bildirib ki, müxtəlif xüsusi əməliyyatlar həyata keçirilib. "Onların bəziləri haqqında qələbədən sonra danışa bilərik. Bəziləri barədə isə ümumiyyətlə danışmayacağıq. Reallaşdırdığımız əməliyyatlardan biri 2022-ci il oktyabrın 8-də Krım körpüsünün dağıdılmasıdır",- deyə Malyuk vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər