15:00
15°C
Bakı
İraqın cənubundakı Nəcəf şəhərində yerləşən hoteldə baş verən yanğın nəticəsində azı 64 nəfər zərər çəkib.
Bu barədə “Shafaq News” portalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, zərərçəkənlərin əksəriyyəti müsəlmanlar üçün müqəddəs olan Məhərrəm ayında İraqa gələn iranlı zəvvarlardır. Hazırda yanğının söndürülməsi ilə 15 mülki müdafiə bölməsi və azı 5 yanğınsöndürmə briqadası məşğul olur.
Hadisənin səbəblərini müəyyən etmək üçün komissiya toplanıb. Hotelin onlarla qonağı boğulmadan əziyyət çəkib.