Ficinin cənub sahilində güclü zəlzələ olub
1458
24 Jul 2023 | 09:10

Ficinin cənub sahilində güclü zəlzələ olub

Fici arxipelaqının cənub sahilində 5,9 maqnitudalı zəlzələ olub.

Bu barədə Geoelm Avstraliya agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Sakit okeanın Viti Levu adasından (580 min nəfərdən çox əhali) 600 km aralıda yerləşib. Zəlzələnin ocağı 530 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 14:49 (Bakı vaxtı ilə 06:49-da) qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə elan olmayıb.

Link kopyalandı!
Son xəbərlər