Supermodel Cici Hadid narkotikə görə saxlanıldı
1405
19 Jul 2023 | 13:58

Supermodel Cici Hadid narkotikə görə saxlanıldı

Məşhur amerikalı supermodel Cici Hadid marixuana saxlamaqda ittiham olunaraq həbs edilib.
 
Məlumata görə, 27 yaşlı Hadid şəxsi təyyarəsi ilə ABŞ-dən Kayman adalarına uçub.
 
Ouen Roberts Beynəlxalq Hava Limanının gömrükçüləri modelin baqajına baxış keçirərkən az miqdarda marixuana aşkar ediblər.
 
Hadid, həmçinin onun yol yoldaşı narkotik maddələrin idxalında ittiham edilərək həbs olunublar və Kayman adalarının Kral Təcridxanasına aparılıblar.
 
Cici Hadid 1 000 dollar məbləğində girov qoyduqdan sonra məhkəməyə qədər sərbəst buraxılıb. /oxu.az/
 
Mənbə: Gazeta.ru
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər