Bizi sosial şəbəkələrdən izləyin:
Belarusdakı istifadəsiz Tsel düşərgəsinə “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri daxil olub.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, ötən gün bununla bağlı yeni görüntülər yayılıb.
Bildirilib ki, Belarusun cənubundakı həmin düşərgəyə onlarla avtomobil daxil olub.
Əldə olunan məlumata görə, Tselə 100 avtomobil və 600-ə yaxın canlı qüvvənin getdiyi bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl də Rusiyanın müttəfiqi olan Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner"in hazırda ölkə daxilindəki düşərgələrdə olduğunu bildirib.
Qeyd edək ki, Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin iyun ayında döyüşçü yoldaşları ilə birlikdə Rusiya administrasiyasına qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.
Priqojin Belarusa getdikdən sonra “Vaqner”in ölkədə məskunlaşmasını təklif edən Lukaşenko Belarus ordusunun “Vaqner” döyüşçülərinin təcrübəsindən yararlana biləcəyini bildirmişdi.