Səudiyyə Ərəbistanı və Türkiyə ukraynalı uşaqların Rusiyadan qayıtmasına kömək edəcək
1449
18 Jul 2023 | 18:50

Səudiyyə Ərəbistanı və Türkiyə ukraynalı uşaqların Rusiyadan qayıtmasına kömək edəcək

Səudiyyə Ərəbistanı və Türkiyə vasitəçi olaraq Rusiyaya deportasiya olunmuş, orada uşaq evlərində saxlanılan, rus ailələrinə verilən ukraynalı uşaqların vətənə qaytarılması ilə bağlı danışıqlar aparacaq.

Bu barədə “The Financial Times” yazır.

Nəşrin məlumatına görə, Kiyev və Moskvanın məsul şəxsləri müvafiq siyahıları tərtib edirlər. Onların arasında müharibənin başlanmasından indiyədək Ukraynadan zorla çıxarılan minlərlə uşaq var.

Danışıqlarda rusiyalı oliqarx Roman Abramoviçin də iştirak edəcəyi bildirilir.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı "Böyük İyirmiliy"in (G20) bir neçə ölkəsinin rəsmiləri ilə görüşdə deportasiya olunmuş ukraynalı uşaqlarla bağlı məsələ qaldırıb.

Ukrayna Prezidentinin uşaq hüquqları üzrə müvəkkili Darya Gerasimçukun sözlərinə görə, bu məsələ ilə bağlı Moskva ilə birbaşa əlaqə yoxdur və bu istiqamətdə heç bir danışıqlar aparıla bilməz, çünki söhbət hərbi əsirlərin mübadiləsindən getmir, bunlar mülki şəxslərdir.

Link kopyalandı!
Son xəbərlər