Cənubi Koreya prezidenti gözlənilmədən Ukraynaya yollanıb
1442
15 Jul 2023 | 13:08

Cənubi Koreya prezidenti gözlənilmədən Ukraynaya yollanıb

Cənubi Koreya Prezidenti Yun Sok Yol bu gün elan olunmamış səfərlə Ukraynaya gedib.
 
Bu barədə Cənubi Koreya liderinin mətbuatla əlaqələr üzrə baş katibi xəbər verib.
 
Bildirilir ki, Yun Sok Yol və birinci xanım Kim Keon Hi bundan əvvəl Polşada olublar, elə oradan da Kiyevə yollanıblar. Prezidentin artıq Buça və İrpen şəhərlərini gəzdiyi bildirilir.
 
Bu, Yun Sok Yolun 2022-ci ilin yazında dövlət başçısı seçildikdən sonra Ukraynaya ilk səfəridir. /oxu.az/
 
Mənbə: Yonhap
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər