İranda qadın hüquqları, söz azadlığı Fransada beynəlxalq festivalda müzakirə olunacaq
1583
14 Jul 2023 | 16:25

İranda qadın hüquqları, söz azadlığı Fransada beynəlxalq festivalda müzakirə olunacaq

Fransada beynəlxalq jurnalizm festivalı keçirilir.

Kutür-sur-Qaron (Couthure-sur-Garonne) şəhərində keçirilən və üç gün davam edəcək festivalda İranda qadın hüquqları, söz azadlığı, süni intellekt demokratiya zərərlidirmi, dialoq və polemika, media demokratiraya həqiqətən kömək edirmi və bu kimi digər mövzular ətrafında debatlar keçiriləcək.

Debatlarda iranlı aktrisa Mina Kavani, Bordo (Bordeaux) merinin müavini, tanınmış yazıçılar, kinorejissorlar, məşhur jurnalistlər, politoloqlar, professorlar və digər şəxslər iştirak edəcəklər.

Festival çərçivəsində İranda qadın azadlığına həsr olunmuş sənədli film də nümayiş olunacaq.

Festival iyulun 16-dək davam edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər