Bayden Türkiyəyə “F-16” qırıcılarının satılacağına əmindir
1456
13 Jul 2023 | 07:00

Bayden Türkiyəyə “F-16” qırıcılarının satılacağına əmindir

“ABŞ administrasiyası “F-16” qırıcılarının Türkiyəyə satışı ilə bağlı müqaviləni tamamlaya biləcək”.
 
“Report” “Reuters”ə istinadən xəbər verir ki, buna əminliyini ABŞ prezidenti Cozef Bayden Vilnüs Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
 
Bundan əvvəl Ankara Vaşinqtondan 40 belə döyüş təyyarəsi istəyib. Lakin ABŞ qanunvericiləri “F-16”ların digər ölkələrə satışının qarşısını ala bilər.
 
Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Konqresin bəzi üzvləri Türkiyəyə bu cür tədarüklərin İsveçin NATO-ya qəbulu üçün lazım olan addımlarla əlaqələndirilməsini istəyiblər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər