12:25
15°C
Bakı
“Biz Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırıq”.
Bunu Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel tviterdə yazıb.
O bildirib ki, Aİ Ukraynanın Sülh Formulunu dəstəkləyir.
Qeyd edək ki, rəsmi Kiyevin mövqeyinə görə, sülh yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxması şərti ilə mümkündür.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.