05:18
11°C
Bakı
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, o zaman Rusiya sərt hərəkət etməli olacaq.
Bu barədə o, “Telegram”da yazıb.
“Rusiyanın Cənubi Ukrayna AES-ə, Rovno AES-ə və Xmelnitski AES-ə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır”, - Medvedev qeyd edib.
Həmçinin, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, burada utanmalı heç nə yoxdur.
(Oxu.az)