Hakan Fidan Sergey Lavrovla danışıb
1559
09 Jul 2023 | 18:47

Hakan Fidan Sergey Lavrovla danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar günü Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb.
 
Məlumata görə, danışıqlar zamanı nazirlər Ukraynadakı vəziyyət və İstanbul taxıl sazişi ətrafında son hadisələri müzakirə ediblər.
 
Qeyd edək ki, iyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlardan sonra deyib ki, Ankara iyulun 17-də başa çatacaq taxıl müqaviləsini uzatmaq istəyir.
Xatırladaq ki, 2022-ci ilin iyulunda İstanbulda Ukrayna limanlarından qida və gübrələrin beynəlxalq bazarlara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb.
 
Mənbə: Haber Global
Link kopyalandı!
Son xəbərlər