Britaniya ilə Polşa müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında saziş imzalayıblar
1436
05 Jul 2023 | 21:12

Britaniya ilə Polşa müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında saziş imzalayıblar

Böyük Britaniya ilə Polşa xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində əlaqələrini dərinləşdirmək üçün tərəfdaşlıq sazişi imzalayıblar.

Bu barədə Böyük Britaniya hökumətinin yaydığı bəyanatda deyilir.

Sənədi Böyük Britaniyanın müdafiə, xarici işlər nazirləri Ben Uolles, Ceyms Kleverli və onların polşalı həmkarları - Mariuş Blaşçak və Zbiqnev Rau imzalayıblar.

İkitərəfli sənəd “Tərəfdaşlıq 2030” adlanır, o, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında 2017-ci il sazişinə əsaslanır.

Tərəfdaşlıq Belarusdan Çinə qədər, müdafiə və əməliyyatlar sahəsində tərəfdaşlığa qədər mövzuları əhatə edən məsələlər üzrə birgə prioritetləri müəyyənləşdirir.

Qeyd edildiyi kimi, sənəddə Böyük Britaniya və Polşanın azadlıq, suverenlik və ərazi bütövlüyünü, ədalətli ticarət hüquqlarını qoruyan və öz gələcəklərini müəyyən edən sabit beynəlxalq sistemi birgə dəstəkləmək öhdəliyi daxildir.

Link kopyalandı!
Son xəbərlər