Moldova Prezidenti Gürcüstan hakimiyyətinə Saakaşvili ilə bağlı çağırış edib
Dünya
1525
04 Jul 2023 | 18:40

Moldova Prezidenti Gürcüstan hakimiyyətinə Saakaşvili ilə bağlı çağırış edib

Moldova Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili ətrafında yaranmış vəziyyətdən narahatdır.

Bu barədə Moldova Prezidenti Maya Sandu tviter səhifəsində yazıb.

O qeyd edib ki, söhbət vətənində həbsdə olan siyasətçinin səhhətindən gedir: “Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən məhkəmədəki narahatedici görüntüləri bizi üzür. Mən Gürcüstan hakimiyyətini onun sağlamlığına diqqət yetirməyə və ona təcili olaraq xaricdə tibbi müalicə imkanı təmin etməyə çağırıram”.

Link kopyalandı!
Son xəbərlər