Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstan parlamentinin deputatı Daulet Turlıxanovun oğlu Nurasıl Bolat hərbi hissədən qaçıb.
Qazaxıstan Müdafiə Nazirliyi deputatın oğlunun qaçması barədə xəbəri təsdiqləyib və əlavə məlumat yayıb.
“İyulun 2-də Konayevski qarnizonunun hərbi hissələrindən birində xidmət edən sıravi hərbi qulluqçu Nurasıl Bolat inzibati həbs müddəti (onu komandirin əmrini yerinə yetirməkdən açıq şəkildə boyun qaçırmağa görə həbs ediblər) başa çatdıqdan sonra hərbi qulluqçunun müşayiəti ilə öz hərbi hissəsinin olduğu yerə gedərkən naməlum istiqamətdə yoxa çıxıb”, - Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Hazırda axtarış tədbirlərinin davam etdirildiyi qeyd edilir. Faktiki olaraq daxili araşdırma başladılıb.
Deputatın oğlunun qaçması ilə bağlı daha əvvəl vəkil Anna Çernova məlumat verib. /Musavat.com/