03:35
11°C
Bakı
Fransanın Qrenobl məhkəməsi üç etirazçıya 3 aydan 4 aya qədər həbs cəzası verib.
Bu barədə "Fransa info" radiostansiyası məlumat yayıb.
Bundan əvvəl Fransanın ədliyyə naziri Erik Düpon-Moretti bildirib ki, dörd gecə davam edən etirazlar zamanı saxlanılan 2 400 nəfərin təxminən 30%-i azyaşlılar olub.
Nazir vurğulayıb ki, azyaşlıların valideynlərini buna görə iki il həbs və 30 min avro cərimə gözləyir.
Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nanterdə başlayan aksiyalara bir gün sonra Lill və Tuluza sakinləri də qoşulub.