Türkiyədə MİT-in nəzarətində saxlanılan “Azov” komandirləri ilə bağlı qalmaqal
1831
02 Jul 2023 | 09:07

Türkiyədə MİT-in nəzarətində saxlanılan “Azov” komandirləri ilə bağlı qalmaqal

Dövlət Dumasının  deputatı Ankaradan onların ekstradisiyasını tələb etməyə çağırdı-nəzarətdə yox, kefdədirlər?
2022-ci ilin sentyabrından Türkiyədə saxlanılan Ukraynanın “Azov” dəstəsinin üzvləri ilə bağlı qalmaqal yaranıb.  Yada salaq ki, 2022-ci ilin sentyabr ayının 21-də  Rusiya Kremlyönümlü ukraynalı siyasətçi Viktor Medvedçuk 108 “Azov” üzvü ilə dəyişdi.  Konkret olaraq, Medvedçuk beş “Azov” komandirə ilə dəyişdirildi: Denis Prokopenko, Sergey Volınski, Svyatoslav Palamar, Denis Şleqa və Oleq Xomenko. Daha sonra Türkiyənin “Hürriyyət” qəzeti bu mübadilənin təfərrüatları açıqladı. Məlum oldu ki, danışıqları Türkiyədə Milli İstihbarat  Təşkilatının(MİT) vasitəçiliyi ilə  Ankarada baş tutub.  Rusiya “Azov” batalyonunun 5 rəhbərinin Türkiyədə qalması şərtini irəli sürüblər və Ukrayna buna razılıq verib. Bundan sonra Rusiya və Ukrayna təyyarələri Ankara hava limanına enib və Medvedçuk beş ukraynalı komandirlə dəyişdirilib. Bütün proses əvvəldən sonadək Türkiyə MİT-in nəzarətində olub. O zamandan “Azov”çular Türkiyədə  “qonaq” statusundadırlar. 
Krımdan olan deputat, Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Mixail Şeremet Rusiyada terrorçu təçkilat kimi tanına “Azov” komandirlərinin ekstradisiyasını tələb etməyə çağırıb. O xatırladıb ki, Rusiya ilə Türkiyə arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında saziş bağlanıb və həmin şəxslər Rusiya və Ukraynada rusdilli vətəndaşlara qarşı cinayətlər törətdikləri üçün bu müqavilə çərçivəsində ekstradisiyası tələb edilməlidir.
 
Bildirilir ki, deputat bu açıqlamanı Türkiyədə “Azov” komandirlərinin hansı şəraitdə saxlanması ilə bağlı son vaxtlar ictimailəşən məlumatların təəssüratı altında verib. Belə ki, Ermənistanın “Hraparak” qəzeti Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnarın may ayında Ukrayna Xarici İşlər Nazirliyinə göndərdiyi məktubu dərc edib. Məktubda səfir “Azov” alayının keçmiş komandiri Denis Prokopenkoya və  Ukrayna Silahlı Qüvvələrinin 36-cı dəniz piyada briqadasının komandiri Sergey Volınskiyə ödənişlərin daha 90 gün uzadılmasını xahiş edir. Məlum olub ki, bu ödənişlər müəyyən edilmiş normalardan 4 dəfə çoxdur. Ukrayna Nazirlər Kabinetinin fərmanına uyğun olaraq, onlara 62 dollar məbləğində gündəlik əmək haqqı və yaşayış yerinin kirayə haqqı üçün  gündə 120 dollardan çox olmamaqla kompensasiya ödənilməlidir.  Reallıqda isə onlara gündə 728 dollar ödənilir - 248 gündəlik müavinət və 480 kirayə haqqı. Səfir həmçinin   Volınski və Prokopenkonun ailələri üçün Türkiyədə büdcə vəsaiti hesabına tətil təşkil etmək xahiş edib.  
O da bildirilir ki, Türkiyədə gecəsi 480 dollara yay mövsümündə dəniz mənzərəli 5 ulduzlu hotel otağı icarəyə götürmək olar.
 
Proponkenonun  həyat yoldaşı  Ukrayna mediasına müsahibəsində isə bildirib ki, Türkiyədəki “Azov” komandirləri kurortda deyil,  “qapalı rejimli obyektdə” yaşayırlar, hətta harada olduqları bilmir.  Digər “Azov” komandirinin anası  daha əvvəl bildirmişdi ki, oğlu Türkiyədə “sanki həbsxanada saxlanılır”. Bəs, o halda onların saxlanmasına niyə bu qədər pul xərclənir?
“Moskovskiy komsomelts” nəşri isə türkiyəli jurnalist İlber Vasfi Selin “dikGAZETE”-də dərc olunan məqaləsinə istinadən yazır ki, “Kiyev Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə çox cüzi məbləğdə pul ödəyir, lakin “Azov” alayından olan “qəhrəmanlarının” şıltaqlıqlarını təmin etməkdən əl çəkmir.  Jurnalist “Türkiyənin Aralıq dənizi sahillərini Ukraynanın ultramillətçi “Azov” alayının döyüşçüləri üçün istirahət mərkəzinə çevirmək istəmələrindən” narazıdır və sual verir: “Bu iki qondarma “komandir”in nə işi bizim ölkəmizdə?”
 
Qeyd edək ki, indi Rostovda 22 “Azov” üzvünün  məhkəmə prosesi gedir. (musavat.com)
Link kopyalandı!
Son xəbərlər