İspaniya Baş naziri Pedro Sançes Kiyevə səfər edib.
Pedro Sançes Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Bu barədə o, “Twitter” hesabında paylaşım edib.
İspaniya hökumətinin başçısı Kiyev dəmiryol vağzalından video yayımlayıb. Sançesi Ukrayna nümayəndə heyəti qarşılayıb.
“Bütün Avropanın həmrəyliyini hökumətinizə və parlamentinizə çatdırıram. Avropada sülh bərqərar olana qədər biz Ukrayna xalqını dəstəkləyəcəyik”, - deyə Sançes yazıb.
Qeyd edək ki, İspaniya Avropa İttifaqı Şurasına sədrlik etməyə başlayır. Sançesin səfərinin məqsədi də İspaniya və Avropa Birliyinin Ukraynaya dəstəyini bir daha təsdiqləməkdir.
Mənbə: RBC-Ukrayna