Bizi sosial şəbəkələrdən izləyin:
“Rusiya Zaporojye Atom Elektrik Stansiyasını (AES) uzaqdan partlada bilər”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Zaporojye AES Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində olsa da, Rusiya obyekti zədələyə bilər.
V.Zelenski obyektin minalandığını və ərazidə 5 minə yaxın Rusiya əsgərinin olduğunu söyləyib.
Dövlət başçısı, həmçinin xatırladıb ki, stansiya əməkdaşları hələ də oğurlanır və onların uşaqları Rusiyaya aparılır.
Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya ordusunun tədricən Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk etdiyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, Rusiya Zaporojye AES-i 2022-ci il martın 4-də işğal edib. Bu il iyunun 22-də Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, qarşı tərəf sözügedən obyektdə terror aktı törətməyə hazırlaşır.