14:52
14°C
Bakı
Avrasiya İnkişaf Bankının (EDB) ödənilmiş nizamnamə kapitalında Qazaxıstanın payı 33 %-dən 37,3 %-ə yüksəlib.
Bu barədə Qazaxıstan hökumətinin Mətbuat xidmətinin Astanada bu ölkənin Baş naziri Alixan Smailovun sədrliyi ilə keçirilən EDB Şurasının iclasının yekunlarına dair məlumatında deyilir.
“İyunun 28-də nizamnamə kapitalının iştirakçı dövlətlər arasında yenidən bölüşdürülməsi ilə bağlı qəbul edilmiş qərarlar tam icra olunub. Nəticədə Rusiyanın ödənilmiş nizamnamə kapitalındakı səhm paketinin bir hissəsi digər iştirakçı dövlətlər arasında bərabər şəkildə yenidən bölüşdürülüb. Rusiyanın payı 66 %-dən 44,8 %-ə enib, Qazaxıstanın payı isə 33 %-dən 37,3 %-ə yüksəlib”, - məlumatda qeyd edilir.