Astanada banka hücum edən şəxslə danışıqları daxili işlər naziri aparıb
1509
18 Jun 2023 | 15:30

Astanada banka hücum edən şəxslə danışıqları daxili işlər naziri aparıb

Astanada banka silahlı hücum edən şəxslə danışıqları Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov aparıb.

Bu barədə “Tengrinews” Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

Qeyd olunub ki, girovların azad edilməsi ilə bağlı əməliyyata da nazir başçılıq edirmiş.

Qeyd edək ki, Astanada “Kaspi Bankı”nın Dostık küçəsində yerləşən şöbəsində hücum edən silahlı şəxs 7 nəfəri girov götürmüşdü. 30 yaşlı kişi bu bankın bütün vəsaitlərinin əlil uşaqlara, yoxsullara və imkansızlara yardım fonduna yönəldilməsini tələb edib.

Binanın qarşısında güclü partlayışdan sonra xüsusi təyinatlılar banka daxil olub, əməliyyat nəticəsində bütün girovlar azad edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər