İran sərhədçiləri ilə silahlı qruplaşma arasında toqquşma baş verib
Dünya
1488
18 Jun 2023 | 13:00

İran sərhədçiləri ilə silahlı qruplaşma arasında toqquşma baş verib

İranın Sistan və Bəlucistan vilayətində sərhəd qoşunları ilə ölkə ərazisinə daxil olmağa cəhd göstərən silahlı qruplaşma arasında toqquşma baş verib.

Bu barədə ISNA məlumat yayıb.

Qeyd olunub ki, bir qrup silahlı qruplaşma qanunsuz yollarla İrana keçməyə çalışarkən sərhədçilər tərəfindən müəyyən edilib və bu zaman silahlı toqquşma baş verib.

Nəticədə bir iranlı sərhədçi ağır yaralanıb, silahlı qruplaşmanın üzvlərindən biri öldürülüb.

Link kopyalandı!
Son xəbərlər