05:35
15°C
Bakı
Qazaxıstanın şərqindəki Abay rayonunda xilasedicilər bir neçə yanğın ocağının söndürülməsi istiqamətində işlərini davam etdirirlər.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin sədri Nurbolat Derbisov bildirib.
"Yanğın yerində vəziyyət sabitləşir, hazırda orada aviasiya texnikası və quru qoşunları işləyir. Əgər güclü külək əsməsə, o zaman biz havaya qalxacağıq", - N.Derbisov bildirib.
Qeyd edək ki, Abay rayonundakı Semey Ormanı qoruğunda iyunun 8-dən davam edən yanğının sahəsi 60 min hektara çatıb. Təbii fəlakət nəticəsində 14 nəfər həlak olub. İlkin məlumatlara görə, ölənlərin hamısı meşə təsərrüfatı işçiləridir. Ölkə Prezidenti iyunun 12-ni milli matəm günü elan edib.