Kasım-Jomart Tokayev iyunun 12-ni milli matəm günü elan edib
Dünya
3315
11 Jun 2023 | 12:43

Kasım-Jomart Tokayev iyunun 12-ni milli matəm günü elan edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni ümummilli matəm günü elan edib.

Bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Dövlət başçısı Abay rayonuna səfər edib, burada Semey Ormanı təbiət qoruğunda baş vermiş irimiqyaslı yanğın nəticəsində həlak olan meşə təsərrüfatı işçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, Batpaevski meşə təsərrüfatının ərazisində ilkin olaraq 0,3 hektar sahədə ağaclar yanıb. Yanğının söndürülməsi üçün helikopter gətirilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə üç rayondan xilasedicilər göndərilib. İlkin yanğın sahəsi artıq 60 min hektardan çoxdur.

“Kazinform” agentliyi xəbər verir ki, yanğın nəticəsində 14 nəfər ölüb.

Link kopyalandı!
Son xəbərlər