Amerikalı kinorejissor Kventin Tarantino rejissorluq karyerasının sonu ilə bağlı suala məşhur ifadə ilə reaksiya verib.
“Ardı var...” - deyə rejissor Kann Film Festivalında “qırmızı xalı”da jurnalistlərin sualını cavablandırarkən deyb.
Qeyd edək ki, mart ayında Tarantino “Kino tənqidçisi” (“The Movie Critic”) üçün ssenari üzərində işi başa çatdırıb.
“Son işim olacaq filmin ssenarisini tamamladım. İnanıram ki, layihənin çəkilişi payızda başlayacaq”, - deyə rejissor bildirib.
Buna qədər isə Tarantino etiraf edib ki, artıq uzunmetrajlı layihələri çəkməyə həvəsi yoxdur.
“Bu gün kino nə deməkdir? Televiziyada gördüyünüz? Kino ekranında gördüyünüz? Bəs kinoteatrda nə qədər davam edir? İki həftə?” - deyə o bildirmişdi.
Tarantino həmçinin artıq ailəsi ilə daha çox vaxt keçirmək istədiyini də etiraf edib.
Mənbə: Lenta.ru