Bələdiyyə sədri:
Dünya
3212
27 May 2023 | 17:02

Bələdiyyə sədri: "Təkcə müsəlmanlar yox, qeyri-müsəlmanlar da Ərdoğana sahib çıxın deyirlər”

“Təkcə müsəlmanlar yox, qeyri-müsəlmanlar da Rəcəb Tayyib Ərdoğana sahib çıxın deyirlər”.
 
“Report”un Türkiyəyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bunu Beykoz Bələdiyyəsinin sədri Murad Aydın hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) mayın 27-də İstanbul şəhərinin Beykoz rayonunda təşkil etdiyi mitinqində çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, Türkiyə Suriya, İraq, Ukrayna kimi olmaq istəmir: "Buna görə də Rəcəb Tayyib Ərdoğanı sevirik. ABŞ-da deyirlər ki, 2023-cü ilin ən önəmli hadisəsi Türkiyədəki seçkilərdir. Mən dünyanın bir çox ölkəsinə səfər etmişəm. Təkcə müsəlmanlar yox, qeyri-müsəlmanlar da Rəcəb Tayyib Ərdoğana sahib çıxın deyirlər”, - deyə o qeyd edib.
 
M.Aydın Beykoz sakinlərinin sabah ən düzgün qərarı verəcəyinə inandığını söyləyib: “Bu ölkənin gələcəyi və məzlumların ümidi olmaq üçün xalqımız bir daha öz liderinə sahib çıxacaq”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər