ABŞ iki rusiyalını ölkəsinə sanksiyalardan yayınmağa kömək etdiyinə görə həbs edib
Dünya
3635
16 May 2023 | 20:55

ABŞ iki rusiyalını ölkəsinə sanksiyalardan yayınmağa kömək etdiyinə görə həbs edib

ABŞ Ədliyyə Nazirliyi Rusiyanın iki vətəndaşını - Oleq Patsuli və Vasili Besedini rus şirkətlərinə sanksiyalardan yayınmağa kömək etdiyinə görə həbs edib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, onlar aviaşirkətlərə ehtiyat hissələrin tədarükündə iştirakda və Rusiyaya sanksiyalardan yan keçməyə köməkdə şübhəli bilinərək saxlanılıblar.

“Şübhəlilər ötən ilin sentyabrında Arizona ştatına gediblər və yerli şirkətdən avadanlıqlar almağa çalışıblar”, - məlumatda bildirilib.

Bundan əvvəl “The New York Times” cinayət işinin materiallarına istinadən onların nəzarətə götürüldüyünü yazmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər