Volodimir Zelenski Berlinə səfər edib – FOTO
2570
14 May 2023 | 11:16

Volodimir Zelenski Berlinə səfər edib – FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlində rəsmi səfərdədir.

Bu barədə dövlət başçısı “Twitter”də bildirib.

“Artıq Berlindəyəm. Silah. Güclü paket. HHM. Yenidənqurma. Avropa. NATO. Təhlükəsizlik”, - deyə o, sosial şəbəkədə yazıb.

 

Qeyd edək ki, Ukrayna Prezidentinin səfərinin proqramı hələlik bəlli olmasa da, Zelenskinin Berlində Almaniya kansleri Olaf Şoltsla görüşəcəyi gözlənilir.

Link kopyalandı!
Son xəbərlər