16:33
16°C
Bakı
Zambiyanın cənubunda avtobusla yük maşınının toqquşması nəticəsində ən azı 24 nəfər ölüb.
Bu barədə polis sözçüsü Denni Mvale bildirib.
"Ölənlərlə yanaşı, 12 nəfər də yaralanıb", - Mvale qeyd edib.
Avtobusda kilsəyə ibadət etməyə gedən ziyarətçilər olub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.