Rusiyanın “Vaqner” muzdlu qüvvələrinin rəhbəri Yevgeni Priqojin Moskvanın söz verdiyi silah və sursatların hələ də qəbul edilmədiyini bəyan edib.
Priqojin bu barədə Teleqram paylaşımında qeyd edib:
“Sifarişləri yerinə yetirməli olan şəxslər bu günə qədər onları yerinə yetirməyiblər”, - Priqojin qeyd edib.
Rusiyanın böyük Qələbə Günü paradını korlamaq istəmədiyini qeyd edən Priqojin əlavə detalları daha sonra açıqlayacağını bildirib.
Qeyd edək ki, bir neçə aydır Ukraynanın Baxmut şəhərini ələ keçirmək məqsədilə intensiv hərbi əməliyyatlar aparan “Vaqner” muzdlularının silah-sursat ehtiyatlarının tükəndiyi, həmçinin döyüşçü çatışmazlığı ilə üzləşdiyi bildirilir. Yevgeni Priqojin bir neçə gün öncə yayımladığı video müraciətində Rusiya hərbi komandanlığını təndiq edərək lazım olan silah-sursatı almayacaqları təqdirdə Baxmutdan öz qüvvələrini çəkməyə başlayacağını bəyan edib.