“Mayın 14-dən sonra Türkiyəni böyütmək və gücləndirmək üçün işləməyə davam edəcəyik”.
Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.
O bildirib ki, hakimiyyət millətin iradəsinə vurulan zəncirləri: - böhran, xaos, çevriliş cəhdləri və siyasi sabitsizlik kimi qandalları bir-bir parçalayıb: “Əlbəttə, hər insan kimi, bizim də çox istədiyimiz halda, eləyə bilmədiklərimiz olub. Bürokratik oliqarxiyanın əngəllədiyi, müxalifətin mane olduğu layihələrimizi saymaqla bitirə bilmərik. Amma biz bu siyasətə təslim olmadıq, ölkəmizi əsərlərimizlə naxış-naxış toxuduq. Əziz millətimizə xidmət etmək üçün daha çox tər tökəcək, daha çox işləyəcəyik”.
Ərdoğan həmçinin dünən Kırklareli, Edirne və Tekirdağ şəhərlərinə səfərlərini xatırladıb: “Trakyanın, xüsusilə Kırklareli bizim üçün və siyasi hərəkatımız üçün xüsusi əhəmiyyətlidir. Kırklarelinin və bütün Türkiyənin bizə necə sahib çıxdığını unutmadıq”.