BMT-də UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad olunmasına çağırış edilib
2775
03 May 2023 | 09:10

BMT-də UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad olunmasına çağırış edilib

Ukrayna Milli Jurnalistlər Birliyinin (UMJB) sədri Sergiy Tomilenko UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad edilməsinə çağırıb.

Bu barədə Tomilenko Nyu-Yorkda BMT Baş Assambleyasında Ümumdünya Söz Azadlığı Günü münasibətilə çıxışı zamanı danışıb.

“Ötən ilin martında əsir götürülən ən azı bir mülki ukraynalı jurnalist hələ də Rusiyada həbsdədir”, - Tomilenko bildirib.

O qeyd edib ki, söhbət UNIAN-ın jurnalisti Dmitro Xilyukdan gedir.

Eyni zamanda, S. Tomilenko işğal altındakı Krımda həbs edilən yerli tatar jurnalistlərin də azad olunmasını çağırış edib.

Xatırladaq ki, UNIAN-ın jurnalisti Dmitro Xilyuk ötən ilin fevral ayında Rusiyanın Ukraynanın Kiyev vilayətinə hücumu zamanı əsir düşüb.

Link kopyalandı!
Son xəbərlər