Paraqvayın yeni seçilmiş prezidenti ilk siyasi qərarını açıqladı: “Artıq tanıyacağıq” - FOTO
Dünya
3651
01 May 2023 | 21:37

Paraqvayın yeni seçilmiş prezidenti ilk siyasi qərarını açıqladı: “Artıq tanıyacağıq” - FOTO

Paraqvayda hakim mühafizəkar “Kolorado” partiyasının namizədi, 44 yaşlı iqtisadçı Santyaqo Penya prezident seçkisində qalib gəlib.

Bu barədə bülletenlərin 96 faizinin hesablanmasının ilkin rəsmi nəticələrindən məlum olub.

Belə ki, Penya səs verən seçicilərin 42,8 faizinin dəstəyini qazanıb. Onun mərkəz sol düşərgədən olan rəqibi Efrain Aleqre üçün bu göstərici 27,5 faizdir.

Hazırkı dövlət başçısı Mario Abdo Benites artıq Penyanı təbrik edərək, onu “seçilmiş prezident” adlandırıb.

Felicitaciones al pueblo paraguayo por su gran participación en esta jornada electoral y al presidente electo @SantiPenap. Trabajaremos para iniciar una transición ordenada y transparente, que fortalezca a nuestras instituciones y a la democracia del país.

— Marito Abdo (@MaritoAbdo) April 30, 2023

Qeyd edək ki, Paraqvayda prezident həm də hökumət başçısıdır və Paraqvayın siyasi sistemində mərkəzi rol oynayır.

Yeri gəlmişkən bildirək ki, Penya Venesuelada Nikolas Maduro hökumətini artıq tanıyacağını bəyan edib:

“Paraqvay artıq Venesuela hökuməti ilə diplomatik münasibətləri bərpa etməlidir”, - deyə o bildirib.

Bununla belə Penya Maduronun hökumətinin tanınmasının Paraqvayın Karakası tənqid etməyəcəyi anlamına gəlmədiyini vurğulayıb.

Xatırladaq ki, Paraqvayın hazırkı Prezidenti Benites 2019-cu ilin yanvarında Maduronun yeni dövlət başçısı vəzifəsini tanımadığı üçün Venesuela ilə diplomatik əlaqələri kəsib.

Mənbə: Gazeta.ru

Link kopyalandı!
Son xəbərlər