Dünya
3383
01 May 2023 | 10:35

"Rusiya ordusu Baxmutdakı bəzi mövqelərini tərk edib"

“Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərində tutduqları bəzi mövqeləri tərk edib”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmutun müdafiəçiələri ilə görüşündə deyib.

O bildirib ki, son bir neçə gündə Rusiya qüvvələrinin Liman istiqamətində çoxsaylı hücumları dəf edilib: “Düşmənin mövqelərimizi ələ keçirmək cəhdləri uğursuz alınıb. Rusiya ordusu ciddi itki verib, düşmənin 10 əsgərini əsir almışıq. Baxmut istiqamətində gərgin döyüşlər davam edir. Qarşı tərəf bir neçə istiqamətdə mövqelərimizi yarmağa çalışdı. Amma bu, uğursuz oldu”.

A.Sırskinin sözlərinə görə, bütün cəhdlərə rəğmən, qarşı tərəf şəhəri ələ keçirə bilmir: “Vəziyyət kifayət qədər mürəkkəbdir”.

Ukrayna Silahlı Qüvvələri Şərq qruplaşması qoşununun sözçüsü Segrey Çerevatı isə bildirib ki, Baxmutda Rusiyanın 25 600 hərbçisi döyüşür.

Onun sözlərinə görə, qarşı tərəf bu istiqamətə 65 tank, 450 zirehli maşın, 154 artilleriya sistemi, 56 reaktiv atəş sistemi cəlb edib: “Bu, Çexiya və Macarıstan ordularının malik olduğu hərbi texnikadan artıqdır”.

S.Çerevatı bildirib ki, Rusiya Baxmutdakı döyüşlərdə hər gün 100 hərbçi itirir.

Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, Rusiya Silahlı Qüvvələri mayın 9-na qədər Baxmutu ələ keçirmək istəyir.

Qeyd edək ki, 7 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər davam edir.

Link kopyalandı!
Son xəbərlər