13:54
15°C
Bakı
Fransa polisi və jandarmları bir ay ərzində küçə yarışlarında iştirak etməkdə şübhəli bilinən 400-dən çox adamı saxlayıb.
Bu barədə bazar günü “Twitter“ səhifəsində respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin məlumat verib.
“Aprelin 1-dən indiyədək “şəhər rodeoları”nın təşkilatçılarına və iştirakçılarına qarşı 5000-dən çox əməliyyat keçirilib. Bu, 417 şübhəlini saxlamağa imkan verib”, - Darmanen yazıb.
Onun sözlərinə görə, polis 149 motosiklet və 63 avtomobili müsadirə edib.
"Polis qaydanı pozanların axtarışı üçün dronlardan istifadə etməyə başlayıb", - daxili işlər naziri əlavə edib.