21:43
13°C
Bakı
100-dən çox Rusiya vətəndaşı Amerika həbsxanalarındadır.
Bunu jurnalistlərə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Nyu-Yorkun Bruklin rayonundakı inzibati həbsxanaya baş çəkdikdən sonra bildirib.
Rusiya səfiri həbsdə olan rusiyalı Anatoli Leqkodımov və Dmitri Ukrainski ilə görüşdən sonra deyib.
"Biz bu təcrübəni - Amerika zindanlarına düşmüş soydaşlarımıza baş çəkmək praktikasını, şübhəsiz ki, davam etdirəcəyik. Biz bu gün Amerika həbsxanasında olan hər kəsi əhatə etməyə çalışacağıq. Bəzi məlumatlara görə isə, bizdə 100-dən çox belə insan var", - Rusiya diplomatik missiyasının rəhbəri deyib.