İran XİN rəhbəri Omandan Livana gedib
Dünya
2805
26 Apr 2023 | 21:25

İran XİN rəhbəri Omandan Livana gedib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Omandan Livana gedib.

O, Beyruta səfəri zamanı deyib ki, Livanın təhlükəsizliyi regionun və İranın təhlükəsizliyidir.

"Bizim Livandakı vəziyyəti yaxşılaşdırmaq üçün ideya və təşəbbüslərimiz var. Bu gün və sabahkı görüşlərimizdə dost və qardaş Livanın rəsmiləri ilə məsləhətləşəcəyik.

Yeni regional şəraitdə biz Livanın təhlükəsizliyini, firavanlığını və tərəqqisini regionun və İranın təhlükəsizliyi, firavanlığı və tərəqqisi hesab edirik", - nazir bildirib.

Link kopyalandı!
Son xəbərlər