ÜST rəhbəri Sudanda münaqişə tərəflərini tibb müəssisələrinə hücumları dayandırmağa çağırıb
3321
23 Apr 2023 | 18:30

ÜST rəhbəri Sudanda münaqişə tərəflərini tibb müəssisələrinə hücumları dayandırmağa çağırıb

Sudanda münaqişə tərəfləri tibb müəssisələrinə, onların xəstələrinə və işçilərinə hücumları dayandırmalıdır.

Bu barədə bazar günü ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Twitter-də bildirib.

“Sudandakı tibb müəssisələri, onların işçiləri və xəstələri davamlı zorakılığın hədəfi olmamalıdır. Lakin döyüşlər başlayandan bəri ÜST səhiyyə müəssisələrinə bir neçə ölümcül hücumu təsdiqləyib.

Bu, indi dayandırılmalıdır. Tibbi yardım göstərən və ehtiyacı olan hər kəs heç vaxt hədəfə alınmamalıdır”, - ÜST rəhbəri tvitində yazıb.

Link kopyalandı!
Son xəbərlər